Çempionlar Liqası: "Çelsi" və "Bavariya" darmadağınla qalib gəldi

Sportarena.az      21 Oktyabr 2021 , 14:13

Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub.

Sportarena.az xəbər verir ki, son oyun gününə 4 qrupda 8 qarşılaşma keçirilib. 

 

E qrupunda "Barselona" "Dinamo"nu (Kiyev) qəbul edib və qrupda ilk qələbəsini qazanıb - 1:0.. "Bavariya" isə "Benfika"nın qonağı olub. Münhen klubu səfərdə 4 cavabsız qolla qalib gəlib..

"Mançester Yunayted" "Atalanta"nı sınağa çəkib. İngiltərə təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.  Qrupun digər qarşılaşmasında "Vilyarreal"  səfərdə "Yanq Boyz"a 4:1 hesabı ilə qalib gəlib..

H qrupunda turnirin son qalibi olan "Çelsi" İngiltərədə İsveç "Malmö"sünü darmadağın eib - 4:0. Qrupun digər oyununda İtaliya "Yuventus"u Rusiyada "Zenit"dən üstün olub - 1:0.

 

Çempionlar Liqası

3-cü tur

 

E qrupu

"Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0

Qol: Pike, 36

"Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya) - 0:4

Qollar: Leroy Sane, 70; 85, Everton, 80-avtoqol, Robert Levandovski, 82


F qrupu

"Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya) - 1:4

Qollar: Meşak Elia, 77 - Yeremi Pino, 6, Jerar Moreno, 16, Alberto Moreno, 88, Samuel Çukvueze, 90+2

"Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya) - 3:2

Qollar: Reşford, 53, Maquayr, 75, Ronaldo, 81 - Paşaliç, 15, Demiral, 29


G qrupu

"Zalsburq" (Avstriya) - "Volfsburq" (Almaniya) - 3:1

Qollar: Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 - Lukas Nmeça, 15
 

"Lill" (Fransa) - "Sevilya" (İspaniya) - 0:0


H qrupu

"Çelsi" (İngiltərə) - "Malmö" (İsveç) - 4:0

Qollar: Andreas Kristensen, 9, Jorjinyo, 21-pen. 57-pen. Kay Haverts, 48

"Zenit" (Rusiya) - "Yuventus" (İtaliya) 0 :1

Qol: Kuluşevski, 89

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin