"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

17:12 21 Oktyabr 2021

Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək "Qarabağ" - "Kayrat" oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq.

Sportarena.az xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq. Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti