Danimarka klubu Mahir Emreli ilə maraqlanır

19:33 21 Oktyabr 2021

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli Danimarka "Kopenhagen"inin diqqət mərkəzinə düşüb.

Sportarena.az xəbər verir ki, bu barədə "MSV Foot" portalı məlumat yayıb. Bildirilir ki, Danimarka təmsilçisi 24 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Mahir Emreli bu mövsüm "Legiya"nın heyətində 20 oyunda 10 qol vurub. Onun Varşava təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdi.


Digər xəbərlər

Xəbər xətti