UEFA “Qarabağ”ın əzmkar qələbəsi ilə bağlı paylaşım etdi - FOTOLAR

02:42 22 Oktyabr 2021

UEFA Konfrans Liqasının rəsmi "Tvitter" səhifəsi "Qarabağ"la bağlı növbəti paylaşım edib.

Sportarena.az xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam təmsilçisinin Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Qazaxıstan "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldiyi matçdan şəkilləri yayımlanıb və bu sözlər yazılıb.

 

"Son dəqiqədə qalib gəlmək, bax, budur. "Qarabağ" 90+1 dəqiqədə qələbə qazanaraq H qrupunda məğlub olmadı".

Turnirin "Tvitter" səhifəsində təmsilçimizin  qrupu neçənçi pillədə bitirəcəyi ilə bağlı sorğu da yerləşdirilib.



Digər xəbərlər

Xəbər xətti