“Qarabağ” 5 illik tilsimi qırdı

Sportarena.az      22 Oktyabr 2021 , 03:47
“Qarabağ” komandası beş ildən sonra avrokubokların qrup mərhələsində ev oyununda qələbə qazana bilib. Sportarena.az xəbər verir ki, “köhlən atlar” buna Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Qazaxıstan “Kayrat”ına qalib gəlməklə (2:1) nail olub. Qurban Qurbanovun komandası bunu öz meydanındakı 15-ci matçında bacarıb.
 
“Qarabağ” sonuncu dəfə doğma meydanda 2016/17 mövsümündə, Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub etmişdi. Həmin oyun 2016-cı il oktyabrın 20-də baş tutmuşdu.
 
Yeri gəlmişkən, “Qarabağ” bu qələbə sayəsində cari mövsümdə bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb. Bunların 9-u avrokubok, 7-si çempionat matçıdır.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin