"Kayrat"ı Bakıdan aparan təyyarə qəzaya uğradı

11:00 22 Oktyabr 2021

Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşan “Kayrat”ı Bakıdan Qazaxıstana aparan təyyarə qəzaya uğrayıb.

Sportarena.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, təyyarə Almatı Hava Limanında avtomobillə toqquşub.

Qəza yerli vaxtla səhər saat 7 radələrində baş verib. Avtomobil yerə enən təyyarənin altında qalıb. Hadisə ilə bağlı istintaq başladılıb. Toqquşmadan sonra sərnişinlər təcili təxliyəni gözləyərək bir saatdan çox təyyarədə qalıblar. Ölən və yaralanan yoxdur.


Digər xəbərlər

Xəbər xətti