Azərbaycan şahmatçılarının qatılacağı turnirin mükafat fondu açıqlanıb

Sportarena.az      23 Oktyabr 2021 , 11:26

Şahmat üzrə "Grand Swiss 2021" turnirinin ümumi mükafat fondu 550 000 ABŞ dolları təşkil edəcək.

 

Sportarena.az xəbər verir ki, bu məbləğin 425 000 dolları kişilərin, 125 000 dolları isə qadınların mübarizəsinə ayrılıb.

 

"Grand Swiss" turniri 25 oktyabr - 8 noyabrda Latviyanın paytaxtı Riqadakı "Hanzas Perons" Mədəniyyət Mərkəzində keçiriləcək.

 

Azərbaycanı kişilər arasında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abbasov və Vasif Durarbəyli təmsil edəcək. Azərbaycanın turnirdəki yeganə qadın şahmatçısı isə Günay Məmmədzadə olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin