"Sabah" "Sumqayıt"a, "Neftçi" "Zirə"yə qalib gəldi - YENİLƏNİB

Sportarena.az      23 Oktyabr 2021 , 20:45

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları start götürüb.

Sportarena.az xəbər verir ki, 2-ci dövrənin ilk oyunu Masazırda baş tutub. Belə ki, turnir cədvəlinin son pilləsində qərarlaşan “Sabah” “Sumqayıt”ı qəbul edib. Ramin Quliyevlə yollarını ayıran Masazır təmsilçisini matça İlkin Hüseynov çıxarıb.

Günün 2-ci oyunu isə “Neftçi” və “Zirə” klubları arasında keçirilib. Çempionluq uğrunda mübarizə aparan Samir Abasovun komandası “Bakcell Arena”da rəqibini qəbul edib.


16:00 “Sabah” - “Sumqayıt” 3:0

“Bank Respublika Arena”, Masazır 

Baş hakim: İnqilan Məmmədov 


18:15 “Neftçi” - “Zirə” 2:1

”Bakcell Arena”, Bakı

Baş hakim: Rəvan Həmzazadə

Turun digər oyunları isə sabah və 25-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin