Boksçularımız dünya çempionatında mübarizəyə başlayır

Sportarena.az      25 Oktyabr 2021 , 12:47

Bu gün Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürəcək.

 

Sportarena.az xəbər verir ki, yarışda Azərbaycanın 9 idmançısı mübarizə aparacaq. İlk yarış günündə 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov rinqə çıxacaq. Onun rəqibi kubalı Osvel Kaballero Qarsia olacaq.

 

25 oktyabr
57 kq
1/32 final

Ümid Rüstəmov – Osvel Kaballero Qarsia (Kuba)

 

26 oktyabr
51 kq
1/16 final

Məsud Yusifzadə – Enxmandağ Xarxuu (Monqolustan)

 

63,5 kq
1/32 final

Malik Həsənov – Xuan Reyes Donis (Qvatemala)

 

92 kq
1/32 final

Rauf Rəhimov – Luis Uilliams (İngiltərə)

 

27 oktyabr
60 kq
1/32 final

Tayfur Əliyev – Çarles Petit-Homm (Haiti)

 

86 kq
1/16 final

Alfonso Dominqes – Tavfiqulla Suleymani (AİBA)

 

28 oktyabr
+92 kq
1/16 final

Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

 

29 oktyabr
71 kq
1/16 final

Sərxan Əliyev – Stefen Nevns (Şotlandiya)/Luis Da Silva (Braziliya) cütünün qalibi

 

30 oktyabr
75 kq
1/16 final

Mirşərif Kazımzadə - Aaron Prins (Trinidad və Tobaqo)/Soma Mester (Macarıstan) cütünün qalibi

 

Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçu iştirak edəcək. 2 600 000 ABŞ dolları mükafatı fondu olacaq mundialda çempion 100 000 ABŞ dolları qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin