Azərbaycanlı boksçu erməniyə qalib gəlib Avropa çempionu oldu - FOTO

12:45 26 Oktyabr 2021

Rusiyada yaşayan azərbaycanlı boksçu Xancanov Qaroğlan Monteneqroda keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

Sportarena.az xəbər verir ki, əslən Zərdab rayonundan olan 17 yaşlı idmançı həm də qitə birinciliyinin ən yaxşı boksçusu seçilib.

O, Avropa çempionatında 5 döyüş keçirib. İlk döyüşündə Azərbaycan Tağı Tağızadəyə qalib gələn Xancanov daha sonra rumıniyalı Lonut Kiriakı üstələyib. 3-cü döyüşündə isə o, erməni əsilli Gürcüstan idmançısı Aram Xrikyanı üstələyib. Yarımfinalda ukraynalı Ruslan Tsykalonu məğlub edən gənc boksçu finalda ermənistanlı Manvei Petrosyandan da üstün olub.



Digər xəbərlər

Xəbər xətti