Dünya çempionatında güləşçilərimizdən uğursuz çıxış - Bir gündə 5-i uduzub

13:40 2 Noyabr 2021

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürüb.

 

Sportarena.az xəbər verir ki, ilk yarış günündə 5 güləşçimiz xalçaya çıxıb. 

 

Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə sonuncu xal prinsipinə əsasən İran təmsilçisinə uduzub. 

 

Həsən Məmmədli 1/8 finalda moldovalı rəqibinə yenilib.

 

Qurban Qurbanov ilk mərhələdə Bolqarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Ancaq 1/4 finala adlamaq mümkün olmayıb. 

 

Məhəmməd Əhmədiyev debütdə yerli güləşçiyə məğlub olub.

 

Sərxan Məmmədov ilk görüşdə Çilidən olan həmkarına "tuşe" ilə qalib gəlib. Həmyerlimiz 1/4 finalda Macarıstan təmsilçisinə uduzub.

 

55 kq
1/8 final: Nihad Quluzadə - Poya Dad Marz (İran) 1:1*

 

63 kq
1/8 final: Həsən Məmmədli - Korneliu Rusu (Moldova) 3:5

 

77 kq
1/16 final: Qurban Qurbanov - Zlatomir Emilov (Bolqarıstan) 9:0
1/8 final: Qurban Qurbanov - Samvel Qriqoryan (Ermənistan) 1:5

 

87 kq
1/16 final: Məhəmməd Əhmədiyev - Mario Vukoviç (Serbiya) 3:8

 

130 kq
1/8 final: Sərxan Məmmədov - Dieqo Almendras (Çili) 4:0 (tuşe)
1/4 final: Sərxan Məmmədov - Dariuş Vitek (Macarıstan) 1:4


Digər xəbərlər

Xəbər xətti