AFFA ermənilərin təxribatına görə FIFA və UEFA-ya müraciət edəcək

Sportarena.az      15 Noyabr 2021 , 14:13

AFFA Ermənistan və Almaniyanın futbol üzrə milli komandaları arasında noyabrın 14-də İrəvanda keçirilən qarşılaşma zamanı ermənilərin törətdikləri təxribatla bağlı FİFA və UEFA-ya müraciət edəcək.

 

Sportarena.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq milli assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

 

Onun sözlərinə görə, hər dəfə belə hal baş verəndə FIFA və UEFA-ya müvafiq müraciətlər göndərilir.

 

Qeyd edək ki, 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı ermənilər təxribat törədib. Azarkeşlər Azərbaycanın Qarabağ bölgəsində əvvəllər mövcud olmuş separatçı-terrorçu rejimin tör-töküntülərinin "bayrağ"ını açıblar.

 

Xatırladaq ki, İrəvandakı qarşılaşma Almaniya yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin