Rafael Ağayev dünya çempionatında mübarizəni dayandırdı

Sportarena.az      17 Noyabr 2021 , 00:45

Azərbaycan karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

Sportarena.az xəbər verir ki, qadınların 68 kiloqram çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançımız ardıcıl olaraq Nesrin Buqrin (Belçika), Qalina Melnik (Ukrayna), Anna Prezzoti (Braziliya) və Alisa Buxinger (Avstriya) ilə duellərdən qalib ayrılaraq qızıl medal uğrunda həlledici görüşə vəsiqə qazanıb.

 

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və bundan əvvəlki dünya çemionatının qalibi olan Zaretska titulunu qorumaq uğrunda italiyalı Silviya Semeraro ilə üz-üzə gələcək.

Finala gedən yolda Simone Marinoya (İtaliya) uduzan Asiman Qurbanlı (+84 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Bu gün tatami üzərinə çıxan digər karateçilərimiz Pənah Abdullayev (84 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxışı uğursuz olub.

Tokio-2020-nin digər gümüş mükafatçısı, beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev də (75 kq) bu gün yarışa qoşulub. O, Fenq-cen Liyə (Tayvan) 1:0, İvan Korabova (Belarus) 2:0 qalib gəlsə də, Tomas Skotta (ABŞ) 3:3 hesabı ilə uduzub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin