Milan Obradoviç: "Minimum bir xal qazanmağa layiq idik"

Sportarena.az      17 Noyabr 2021 , 01:20

“Təəssüf ki, qapımıza doğru ilk zərbə qolla nəticələndi. Demək olar ki, ilk hissədə oyun bizim nəzarətimizdə idi".

Sportarena.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çemppionatının seçmə mərhələsində Norveçə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

 

Serbiyalı mütəxəssis 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "Futbolçulardan və oynadığımız oyundan razıyam. Təbii ki, nəticə bizi qane etmir. Minimum bir xal qazanmağa layiq idik. Əvvəlki oyunla müqayisədə əsas dəyişiklik oyuna nəzarətin öz əlimizdə olması idi. Təəssüf ki, çox tez qol buraxdıq. Bunlar hamısı bizim üçün bir dərsdir”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin