“AFFA milliyə yaxşı yox, “sözəbaxan məşqçi” axtarır” - VİDEO

12:00 17 Noyabr 2021

Fərqli Radio 100.5 FM-də həftəiçi 5 gün yayımlanan "Arena"da növbəti buraxlış izləyicilərin görüşünə gəlib.


Tanınmış telejurnalist Rüfət Nadirlinin aparıcısı olduğu verlişin budəfəki qonağı Sportinfo.az saytının baş redaktoru İlkin Vaqifoğlu olub.

 

Verilişdə millinin yeni baş məşqçisi ətrafında yaranmış qeyri-müəyyənliyə dair fikirlər səsləndirilib.


Vaqifoğlu AFFA-nın yığmanı türkiyəli mütəxəssislərdən heç birinə tapşırmaq niyyətində olmadığını bildirib. O, federasiya rəsmilərinin, əslində, “sözəbaxan məşqçi” axtardığını söyləyib.

 

 

 

Yayım zamanı Premyer Liqanın hazırkı durumu, AFFA-nın “Keşlə”nin timsalında paytaxt klublarını bölgələrə köçürmək planı geniş müzakirə olunub.


Xəbər xətti