AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırdı

Sportarena.az      19 Noyabr 2021 , 14:21

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında birinci divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

Sportarena.az xəbər verir ki, 8-ci turun “Qaradağ Lökbatan” – MOİK oyununda matç bitdikdən sonra qonaqların futbolçusu Elgün Bayramov hakimlər briqadasını təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığından 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.

 

“Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilib. 

“Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının futbolçusu Elşad Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimə olunub.

“Neftçi-2” – “Keşlə-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin