İrina Zaretska dünya çempionu oldu

Sportarena.az      20 Noyabr 2021 , 22:48

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş dünya çempionatının qalibi olub.

 

Sportarena.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançının finaldakı rəqibi italiyalı Silvia Semeraro olub.

 

Bu qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.

 

Azərbaycanın daha bir karateçisi Asiman Qurbanlı isə bürünc medal görüşünə çıxıb. 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.

 

Bu gün Azərbaycanın kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq. Komandamız Özbəkistanla üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin