Balakişi Qasımov Qılıncoynatma Federasiyasının prezidenti oldu

00:10 21 Noyabr 2021

Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.

Sportarena.az xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında olub. Tədbirdə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçilib.

 

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib.

Qeyd edək ki, federasiyanın bundan öncəki prezidenti İqtisadiyyat naziri Mikayıl Cabbarov olub.


Xəbər xətti