Namik Ələsgərov oynadı, "Bursaspor" məğlub oldu

10:24 21 Noyabr 2021

Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Namik Ələsgərovun formasını geyindiyi “Bursaspor” da növbəti oyununa çıxıb.

Bursa təmsilçisi “İstanbulspor”u qəbul edib. Matç Namikin komandasının 2:4 hesablı məğlubiyyətilə başa çatıb. Meydana start heyətində çıxan Ələsgərov 28-ci dəqiqədə assistlə yadda qalıb. Hazırda “Bursaspor” 14 xalla 11-ci pillədədi.


Xəbər xətti