"Hələlik yaxşı dönəmdə deyilik" - "Neftçi"nin legioneri

13:13 23 Noyabr 2021

"Neftçi”nin braziliyalı hücumçusu Ramon Maçado ölkəsinin mətbuatına açıqlama verib.

Sportarena.az xəbər verir ki, o, Bakı klubuna böyük nikbinliklə gəldiyini və işlərinin yaxşı getdiyini deyib: “Neftçi”də uğurlu başlanğıc etmək məni həm sevindirir, həm də təəccübləndirir. Çempion komandaya gəldiyimin fərqindəyəm. Hələlik yaxşı dönəmdə deyilik. Buna baxmayaraq,  qollar vurduğum üçün xoşbəxtəm”. 

 

O bildirib ki, Premyer Liqanın turnir cədvəlində istədikləri yerdə olmasalar da, yenidən liderliyə yüksəlmək niyyətindədirlər: "Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm".

Qeyd edək ki, "Neftçi" sentyabrın 1-də R. Maçado ilə bu mövsümün sonunadək müqavilə imzalayıb. O, yeni klubunda 8 oyunda 3 qol vurub.


Xəbər xətti