"Qəbələ"nin 100-cü ev qələbəsi

Sportarena.az      23 Noyabr 2021 , 14:20

“Qəbələ” Premyer Liqada 100-cü ev qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, yubiley XI tura təsadüf edib. “Sumqayıt”a 2:1 hesabı ilə qalıb gələn “qırmızı-qaralar” 100-cü dəfə öz meydanında 3 xal əldə edib.

 

Bu, komandanın 225-ci ev matçında qeydə alınıb. Digər 125 oyunda 64 heç-heçəsi olan “Qəbələ” 61 dəfə uduzub.

 

“Qırmızı-qaralar” öz meydanında ilk qələbəsini 2006/07 mövsümündə əldə edib. 2006-cı il noyabrın 11-də “Gənclərbirliyi” ilə görüş 2:0 hesabı ilə başa çatıb.

 

50-ci qələbə isə 2013-cü il noyabrın 22-də AZAL-la matçda gerçəkləşib. Həmin oyunun taleyini bir qol həll edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin