“Qalatasaray”ın stadionunda kran aşdı, 3 nəfər xəsarət aldı

17:19 23 Noyabr 2021

"Qalatasaray"ın NEF stadionunda qəza baş verib.

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, stadionda kran aşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb.

 

Hadisə yerinə polis, təcili yardım və xilasetmə cəlb olunub. Aşan kranın çıxarılması istiqamətində işlər davam etdirildiyi vurğulanıb. 


Digər xəbərlər

Xəbər xətti