UEFA "Qarabağ"ın qapıçısı ilə bağlı paylaşım edib

22:50 23 Noyabr 2021

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.


Sportarena.az xəbər verir ki, 27 yaşlı qolkiperin Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Kayrat"la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.


Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.

 

"Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.



Digər xəbərlər

Xəbər xətti