Güləş üzrə Azərbaycan çempionatının vaxtı məlum oldu

Sportarena.az      24 Noyabr 2021 , 00:10

Dekabrın 7-də sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək.

 

Sportarena.az xəbər verir ki, milli komandalara seçim xarakteri daşıyan yarış Bakı İdman Sarayında gerçəkləşəcək. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil ediləcək çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

 

Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq və 82 kq-da qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq.

 

Növbəti gün klassik güləşdə 87 kq, 97 kq və 130 kq, sərbəst güləşdə isə 57 kq, 61 kq, 65 kq və 70 kq-da medalçıların adına aydınlıq gələcək.

 

Yarışın son günündə isə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

 

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin