"İspaniyada oynamaq həmişə əladır" - Kriştiano Ronaldo

Sportarena.az      24 Noyabr 2021 , 11:34

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Vilyarreal"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

O, "İnstaqram" hesabında yazıb: “İspaniyada oynamaq həmişə əladır, İspaniyada qələbə qazanmaq heyrətamizdir. Özümü həmişə xüsusi hiss etdiyim ölkədə qol vurmaq gözəldir... Komanda yoldaşlarımı bizi olduğumuz yerə qaytaran möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Biz "Mançester Yunayted"ik və bu klub üçün mübarizəmizi heç vaxt dayandırmayacağıq! İrəli, "şeytanlar!"

 

Qeyd edək ki, Ronaldo sözügedən görüşdə komandasının ilk qolunun müəllifi olub. Bu qələbə ilə klub pley-offa vəsiqəni təmin edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin