Mahir Emreli penaltini yerinə yetirə bilmədi, "Legiya" məğlub oldu

Sportarena.az      26 Noyabr 2021 , 02:44

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi  "Legiya" bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununu keçirib.

Varşava təmsilçisi "Lester"in qonağı olub. Matç meydan sahiblərinin  3:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir görüşdə meydana start heyətdə daxil olub.  O, 26-cı dəqiqədə penaltini yerinə yetirə bilməsə də, komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə "Legiya"nın yeganə qolunu vurub.  Mahir 78-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, bu komandalar arasında Polşada oynanılan ilk görüşdə "Legiya" 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu məhz millimizin üzvü vurub.

26 noyabr

00:00. "Lester" (İngiltərə) -  "Legiya" (Polşa) - 3:1

Qollar: Daka, 11(1:0), Maddison, 21 (2:0), Madenoviç, 27 (2:1), Ndidi, 33 (3:1)

25 noyabr

"Spartak" (Rusiya) - "Napoli" (İtaliya) - 2:1
Qollar
:Sobolev, 3-pen (1:0), 28 (2:0), Elmas, 64 (2:1)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin