Klublararası dünya çempionatının püşkü atıldı

12:03 30 Noyabr 2021

2022-ci ildə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib. 

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

 

Birinci mərhələ
 
1. “Əl-Cəzirə” (Birləşmiş Ərəb Əmirlikləri) - “Oklend Siti” (Yeni Zelandiya)
 
İkinci mərhələ
 
2. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) - “Əl-Cəzirə”/”Oklend Siti”
3. “Əl-Əhli” (Misir) - "Monterrey" (Meksika)
 
Yarımfinal
 
4. “Palmeyras” (Braziliya) - 3-cü matçın qalibi
5. 2-ci matçın qalibi - “Çelsi” (İngiltərə)

 

Qeyd edək ki, klublararası dünya çempionatı 2022-ci il fevralın 3-dən 12-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti