Kriştiano Ronaldo son 10 ildə ilk dəfə "TOP-5"dən kənarda qalıb

12:37 30 Noyabr 2021

Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo son on ildə ilk dəfə "Qızıl top"un səsverməsində ilk beşliyə daxil olmayıb.

O, builki "Qızıl top"un səsverməsində 6-cı olub. Bununla da, 36 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə 5-liyə düşə bilməyib.

 

Kriştiano Ronaldo karyerası ərzində 5 dəfə - 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə "Qızıl top"u qazanıb. 

Qeyd edək ki, builki "Qızıl top"u Lionel Messi qazanıb. Ötən il bu mükafat koronavirus səbəbindən heç kimə təqdim olunmayıb.


Digər xəbərlər

Xəbər xətti