Azərbaycanlı hakimlər Türkiyədə VAR seminarında iştirak edir

14:14 30 Noyabr 2021

AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti seminar keçirilir.

 

Sportarena.az xəbər verir ki, TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan və dekabrın 2-dək davam edəcək seminarda Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri (28 nəfər), həmçinin “CBC Sport” telekanalının 7 operatoru iştirak edir.


Digər xəbərlər

Xəbər xətti