Braziliya millisinin və "Qalatasaray"ın sabiq qapıçısı Klaudio Taffarel "Liverpul"da işləyəcək.
O, Con Axterberqlə birlikdə komandada qapıçılar üzrə məşqçi vəzifəsində çalışacaq.
Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Qalatasaray"da çıxış edən Taffarel İstanbul klubu ilə UEFA Kuboku və Superkubokunu qazanıb. 55 yaşlı mütəxəssis müxtəlif vaxtlarda "Qalatasaray"da və Braziliya millisində qapıçılar üzər məşqçi kimi çalışıb.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin