Mövsümdə ilk, tarixdə 25-ci

Sportarena.az      6 Dekabr 2021 , 11:40

“Səbail”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu ilk sülhə 13-cü turda imza atıb. Bu, paytaxt təmsilçisinin “Keşlə” ilə səfər matçına təsadüf edib – 2:2.

 

Bu, ölkə çempionatları tarixində 27-ci belə hadisədir ki, komandalardan biri ilk 12 turda heç-heçə etmir. Startdakı ən uzun seriya “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə ilk heç-heçəsini 29-cu görüşdə edib. “Şəfa” isə 1997/98 mövsümündə ümumiyyətlə sülhə imza atmayıb. Paytaxt klubu 26 matç keçirib.

“Keşlə” ilə səfər bərabərliyi “Səbail” üçün iki yubileylə əlamətdar olub. Komanda Premyer Liqada 25-ci heç-heçəsini edib. Camal Araqonun uzatma dəqiqələrindəki qolu “Səbail”in Premyer Liqada 50-ci səfər topudur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin