"Qarabağ"da 100-cü oyununa çıxdı

Sportarena.az      6 Dekabr 2021 , 13:24

Abbas Hüseynov “Qarabağ”da 100-cü oyununu keçirib.

Sportarena.az xəbər verir ki, müdafiəçinin yubileyi Premyer Liqanın 13-cü turuna təsadüf edib. “Sabah”la matç (5:1) onun üçün əlamətdar olub.

Hüseynov 5-ci mövsümdür şərəfini qoruduğu komandadakı 100 görüşdə 2 qol vurub. O, Premyer Liqada 64 (1 qol), ölkə kubokunda 8, avrokuboklarda 28 (1 qol) qarşılaşmada şans qazanıb. Abbasın debütü 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər oyununa (3:1) təsadüf edib.

​Qeyd edək ki, “Qarabağ”ın digər oyunçusu Filip Ozobiç ötən tur klubda 100-cü matçını keçirən 48-ci futbolçu olubsa, Abbas bu siyahıda 49-cudur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin