"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Leyptsiq"lə bugünkü oyun öncəsi fikirlərini bildirib.
O, qalib gəlmək istədiklərini deyib: "Leyptsiq"ə, həmçinin "Brügge" və PSJ-yə böyük hörmətimiz var . Biz bəzi şeyləri təkmilləşdirmək istəyirik. Bu fürsəti nə qədər tez-tez əldə etsək, hər şey bir o qədər yaxşı olacaq. Bu, bizim üçün böyük fürsətdir.
İspaniya on ildir ki, klub futbolunda dominantlıq edir. Burada hələ iki-üç ildən söhbət gedir. Görək, İngiltərə klubları "Barselona", "Real", "Atletiko" və "Valensiya"nın nailiyyətlərini təkrarlayabiləcəkmi? İngiltərənin dörd klubunun hamısı qrupdan çıxdı və bu, Premyer Liqa üçün böyük uğurdur”.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin