"Seçim etmək lazımdırsa, Messini seçərdim" - Zlatan İbrahimoviç

11:50 8 Dekabr 2021

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç Lionel Messi və Kriştiano Ronaldo haqda danışıb.

Sportarena.az xəbər verir ki, isveçli 2 futbolçunu müqayisə edib və seçimini argentinalıdan yana edib:

“Ronaldo, yoxsa Messi? Asan qərar deyil. Hər 2 futbolçu güclüdü. Amma seçim etmək lazımdırsa, seçimimi Messidən yana edərdim. Onunla birlikdə oynamışam. Onun etdikləri məşqlərin nəticəsi deyil, sadəcə fitri istedaddı”.


Xəbər xətti