Çempionlar Liqası: Daha 3 komanda 1/8 finalda, "Barselona" Avropa Liqasında oynayacaq

Sportarena.az      9 Dekabr 2021 , 08:11

Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun daha 7 oyunu keçirilib.

Gecənin ən prinsipial matçlarından biri E qrupunda olub. 1/8 finala vəsiqə qazanan "Bavariya" ikinci yer uğrunda mübarizə aparan "Barselona"nı qəbul edib.

 

Qrupun digər oyununda "Benfika" Portuqaliyada heç bir iddiası qalmayan Ukraynanın "Dinamo" (Kiyev) komandasını sınağa çəkib. Lissabon təmsilçisi bu görüşdə xal itirsəydi, kataloniyalılar öz oyununun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqdı. Lakin Portuqaliya klubu 2:0 hesablı qələbə qazanıb. "Barselona" isə Münhen səfərində böyükhesablı məğlubiyyətlə üzləşib - 0:3. Bu nəticədən sonra "Benfika" 2-ci pilləni ələ keçirib və 1/8 finala yüksəlib. "Barselona" isə mübarizəni Avropa Liqasında davam etdirəcək

F qrupunda "Mançester Yunayted" İsveçrə "Yanq Boyz"u ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. "Atalanta" - "Vilyarreal" matçı isə Berqamoda yağan güclü qara görə təxirə salınıb. 2-ci yer uğrunda məhz bu komandalar mübarizə apardığından hələlik qrupdan yalnız "Mançester Yunayted"in 1/8 finala çıxdığı bəllidir. 

Beləliklə, keçirilən 7 oyundan sonra "Benfika", "Lill" və "Zalsburq" 1/8 finala yüksəlib. Buna qədər isə PSJ, "Mançester Siti", "Liverpul", "Mançester Yunayted",  "Çelsi", "Ayaks", "Sportinq", "Real", "Atletiko" , "Bavariya", "İnter", "Yuventus" 1/8 finala adlayıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 6-cı tur

E qrupu

00:00. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0

Qollar: Roman Yaremçuk, 16, Jilberto Junior Moraes, 22

00:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:0

Qollar: Tomas Müller, 34. Leroy Sane, 43. Camal Musiala, 62

F qrupu

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 1:1

Qollar: Meyson Qrinvud, 9 - Fabian Rider, 42

00:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) (Təxirə salınıb)

 

G qrupu

00:00. "Zalsburq" (Avstriya) - "Sevilya" (İspaniya) - 1:0

Qol: Noa Okafor, 50

00:00. "Volfsburq" (Almaniya) - "Lill" (Fransa) - 1:3

Qollar: Renato Şteffen, 89 - Burak Yılmaz, 11. Conatan Devid, 72. Eyncel Qomes, 78

H qrupu

00:00. "Yuventus" (İtaliya) - "Malmö" (İsveç) - 1:0

Qpı: Moyze Kin, 18

00:00. "Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) - 3:3

Qollar: Klaudinyo, 38. Serdar Azmun, 41. Məhəmməd Ozdoyev, 90+4 - Timo Verner, 2; 85 Romelu Lukaku, 62

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin