ÇL-də 1/8 finalın son iştirakçısı bəlli oldu - YENİLƏNİB

00:53 10 Dekabr 2021

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 6-cı turun təxirə salınmış oyunu keçirilib.

Sportarena.az xəbər verir ki, F qrupunda "Atalanta" "Vilyarreal"ı qəbul edib.

Güclü qar səbəbindən dünən keçirilməyən matç bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Berqamo təmsilçisini növbəti mərhələyə vəsiqə qazanmaq üçün yalnız qələbə qane edib. "Vilyarreal" 3:2 hesabı ilə qalib gələrək qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. "Atalanta" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Qrupun digər təmsilçiləri "Mançester Yunayted" növbəti mərhələyə vəsiqə qazanıb, "Yanq Boyz" isə avrokuboklarla vidalaşıb.

UEFA Çempionlar Liqası

F qrupu

22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) 2:3


Digər xəbərlər

Xəbər xətti