“Qarabağ” Avropanın TOP-20-liyində yer alıb

Sportarena.az      9 Dekabr 2021 , 13:55

Hazırda Avropa kuboklarının ardıcıl qrup mərhələlərində mübarizə aparan 20 klub müəyyənləşib.

Bu haqda jurnalist Rasim Mövsümzadə apardığı statistikaya əsasən paylaşım edib. Həmin 20 klub sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam klubu 2014-15 mövsümündən başlayaraq, ardıcıl 8 mövsümdür ki, Avropa kuboklarının qruplarında (Avropa Liqası (6), Çempionlar Liqası (1) və Konfrans Liqası (1) yarışır. Bu nəticəyə görə, Qurban Qurbanovun komandası “Roma” ilə birgə 19-20-ci yerləri bölüşdürür.

 

Hazırda avrokuboklarda ardıcıl qrup mərhələsində çıxış edən klubların tam siyahısı isə belədir:

“Bavariya” (Almaniya)– 1997/98-ci il mövsümündən

“Real” (Madrid, İspaniya) – 1997/98

“Portu” (Portuqaliya) – 2003/04

“Barselona” (İspaniya) – 2004/05

“Benfika” (Portuqaliya) – 2004/05

“Şaxtyor” (Ukrayna) – 2004/05

“Dinamo” (Kiyev, Ukrayna) – 2006/07

“Atletiko” (Madrid, İspaniya) – 2007/08

“Borussiya” (Dortmund, Almaniya) – 2010/11

“Mançester Siti” (İngiltərə) – 2010/11

“Napoli” (İtaliya) – 2010/11

“PSJ” (Fransa)– 2010/11

“Tottenhem” (İngiltərə) – 2010/11

“Zenit” (Rusiya) – 2010/11

“Seltik” (Şotlandiya) – 2011/12

“Olimpiakos) (Yunanıstan) – 2011/12

“Yuventus” (İtaliya) – 2012/13

“Sevilya” (İspaniya) – 2013/14

“Qarabağ” (Azərbaycan) – 2014/15

“Roma” (İtaliya) – 2014/15

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin