Millimizin UEFA Millətlər Liqasındakı rəqibi müəyyənləşdi - YENİLƏNİB

Sportarena.az      16 Dekabr 2021 , 21:59

Bu gün Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatma mərasimi keçirilib.

Tədbir İsveçrənin Montrö şəhərində keçirilib və Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. C Liqasında yer alan yığma Slovakiya, Belarus, Qazaxıstan/Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq. 

Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

 

Millətlər Liqasının təqvimi

1-ci tur: 2 - 4 iyun

2-ci  tur: 5 - 8 iyun

3-cü  tur: 9 - 11 iyun

4-cü  tur: 12 - 14 iyun

5-ci tur: 22 - 24 sentyabr

6-cı tur: 25 - 27 sentyabr

Final mərhələsi: 14 - 18 iyun 2023-cü il. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin