Mahir Emreli Qurban Qurbanovla görüşdü - Futbolçu "Qarabağ"a qayıdır?

22:02 22 Dekabr 2021

"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli bu gün sabiq klubu "Qarabağ"ın bazasında olub.

O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb. İstisna olunmur ki, millimizin üzvü bundan sonra karyerasını bu mövsümün sonuna qədər icarə əsasında "Qarabağ"da davam etdirə bilər.

"Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın bəzi legioner futbolçularına hücumu nəticəsində başından xəsarət alan 24 yaşlı hücumçu Polşa təmsilçisindən ayrılmaq fikrindədir. 

Qeyd edək ki, M.Emreli iyunda "Legiya" ilə 3 illik müqavilə imzalayıb. (Qol.az)


Digər xəbərlər

Xəbər xətti