"Qarabağ" millinin qapıçısını transfer edir?

18:30 7 Yanvar 2022

"Qarabağ" Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini transfer edə bilər.

Ağdam klubunun danışıqlar apardığı qapıçılar arasında Polşa "Yaqelloniya"sının 22 yaşlı üzvü də var.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında Quqeşaşvili ilə danışıqlar apardıqlarını təsdiqləyib: "O, bizə təklif olunan  və bəyəndiyimiz qapıçılardan biridir. Hazırda klubu ilə müqaviləsi olduğu üçün danışıqlar gedir".

Gürcüstan mətbuatı isə Quqeşaşvili ilə razılığa gəlindiyini və onunla 3 illik müqavilə imzalanacağını yazıb. 


Digər xəbərlər

Xəbər xətti