Qurban Qurbanov: "Mahirə çox sual vermədim, hiss etdim ki, bezib"

17:04 10 Yanvar 2022

“Onunla bu barədə çox söhbət etmədim“.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin qonağı olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

O, yayda “Qarabağ“dan “Legiya“ya keçən Mahir Emrelinin indi də Polşa klubundan ayrılmaq istəməsinə münasibət bildirib.

 

Ağdam təmsilçisində 6 mövsüm keçirən 25 yaşlı hücumçunun son vaxtlar yaşadığı problemlərdən danışan təcrübəli mütəxəssis məyusluğunu gizlətməyib:

 

“Onunla həm buradan gedən ərəfədə, həm də yaxınlarda görüşmüşəm. Mahir həmin vaxt mənə dedi ki, karyeramı ölekə xaricində davam etdirmək istəyirəm.

 

“Legiya“da yeni mövsümə yaxşı başladı. Sadəcə, klubun içində olmadığımdan, baş verən son hadisələrin səbəbini bilmirəm. Mahirə görə məyusam. Açığı, özüylə son söhbətdə bu barədə ona çox sual vermədim. Hiss etdim ki, bu mövzu onu çox yorub və bezdirib. Çünki hamı ondan bu haqda soruşur“. 


Digər xəbərlər

Xəbər xətti