Serbiyalı tennisçi Novak Cokoviç saxlanıldı

17:28 10 Yanvar 2022

Serbiyalı tennisçi Novak Cokoviç Avstraliyanın Melburn şəhərində saxlanılıb.

Bu barədə idmançının atası məlumat yayıb.

Onun sözlərinə görə, Avstraliya Federal Məhkəməsinin 35 yaşlı idmançının vizasının ləğv edilməsi və ölkədən deportasiya olunması qərarını qüvvədən salsa da, Cokoviç yerli hökumət tərəfindən saxlanılıb. Vəkillər onun ölkədən deportasiya edilməsinə çalışır.

Qeyd edək ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Dünyanın bir nömrəli tennisçisi koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurmasına görə bu qadağa ilə üzləşib.


Digər xəbərlər

Xəbər xətti