“Neftçi”dən ayrılan futbolçu: "Peşəkar komanda tapdım"

11:11 11 Yanvar 2022

“Neftçi”dən ayrılaraq Tunisin “Esperans” klubuna keçən yarımmüdafiəçi Sabir Buqrin yerli mətbuata açıqlama verib.

Sportarena.az xəbər verir ki, 26 yaşlı belçikalı futbolçu "Esperans"a  transferi dəyərləndirib:

“Esperans” böyük və tarixi klubdur. Bu komandanı Afrika Çempionlar Liqasında izləmişəm və çempion olmaları məni ruhlandırdı, böyük həvəs gətirdi. Klubla danışıqlar sürətlə getdi. Aparılan danışıqların yolu və sürəti məni heyran etdi. İlk dəfədir Afrika komandası ilə müqavilə imzalayıram. Burada da hadisələr Avropa komandalarındakı kimi cərəyan etdi.

Sözün əsl mənasında peşəkar komanda tapdım. Klub prezidentinə, texniki heyətə, hər kəsə təşəkkür edirəm. Bura gəldiyim ilk andan başa düşdüyüm odur ki, “Esperans”da bütün titulları qazanmalısan. Yaxşı nəticələrə nail olmaq üçün əlimdən gələni edəcəyəm”.

Buqrin 2020-ci ilin yayında “Neftçi”yə keçib və bir neçə gün öncə ayrılıb. Sabir Buqrin “Esperans”la 3,5 illik müqavilə imzalayıb. 


Digər xəbərlər

Xəbər xətti