Polşalı azarkeşlər Mahir Emreli haqda: "O, satqındı, qorxaqdı"

15:05 11 Yanvar 2022

Azərbaycan millisinin üzvü Mahir Emrelinin "Legiya"nı məhkəməyə verməsi Polşa klubunun azarkeşlərini özündən çıxarıb.

Sportarena.az xəbər verir ki, varşavalı fanatlar sosial şəbəkələrdə və müxtəlif forumlarda futbolçumuzun ünvanına hədələr səsləndirib.

Onlardan bir neçəsinin məzmununu təqdim edirik:

*** "O axmaq Emrelinın xəbəri yoxdur: Aİ-yə 20 min müraciət onu dəstəkləməmək üçün kifayətdir. O, rədd olub Polşa və Belarus sərhəddinə gedə bilər".

*** "Onu zehni olaraq məhv edin. Hətta sosial şəbəkələrdə, gedəcəyi klubların forumlarında ona yazmaqla rahat buraxmayın. O, satqındır, qorxaqdır. O, burda qol vurmaqdan daha çox əylənirdi..."

*** "Bəxti gətirmədi, ha ha... "Legiya"da belə xaraktersiz uşaqlara ehtiyac yoxdu. Onu intizam cəzasına məhkum edin və ... düzələcək. "Legiya"nın zəif olmadığını görəcək".

*** "Rəhbərliyimizin nə edəcəyini görəcəyik. Azəriyə gəlincə, ona psixoloq təklif edin! Testlərə gəlmədiyi üçün hansı formada olduğu məlum deyil. Buna görə, birinci komandaya uyğunluğunu yoxlaya bilmədiyinə görə klub onun maaşını aşağı salmalıdır. Üstəlik, itaətsizliyə görə cəzalanmalıdır. Problem, yoxdur, altı ay keçsin, islah olacaq. Bu vəziyyətdə pul ikinci dərəcəlidir: klub SIFIR-a onunla belə davranmağa icazə verə bilməz".(fanat.az) 


Digər xəbərlər

Xəbər xətti