UEFA 7 klubumuza ödəniş etdi

Sportarena.az      11 Yanvar 2022 , 17:46

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ödəniş edib.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, məbləğ 2020/2021-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramna görə ödənilib.

Qeyd olunan mövsümdə daxili çempionatda çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan maliyyə vəsaiti ayrılıb. Başqa sözlə, "Qarabağ" istisna olmaqla, "Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”yə 72 866 avro ödənilib. Məbləğlər AFFA-nın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb:

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait onun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin