Kriştiano Ronaldo PSJ-yə keçə bilər

Sportarena.az      12 Yanvar 2022 , 01:58

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo PSJ-yə keçə bilər.

"Le 10 Sport" məlumat yayıb ki, hücumçu Kilian Mbappe Paris klubunu tərk etməyə yaxındır, ona görə də rəhbərlik heyəti gücləndirmək üçün variantlar axtarır. Qeyd olunub ki, Ronaldo İngiltərə təmsilçisindən ayrılmaq istəyini ifadə edərsə, PSJ hərəkətə keçməyə hazır olacaq.

Daha əvvəl portuqaliyalı forvardın komandadakı vəziyyətdən və “Mançester Yunayted” rəhbərliyindən narazılığı barədə xəbərlər yayılıb. Ronaldo agenti Jorje Mendesə vəziyyətin dəyişmədiyi təqdirdə yeni komanda axtarmalı olduğunu deyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin