Türkiyə klubunda koronavirusa kütləvi yoluxma

14:25 13 Yanvar 2022

Türkiyənin “Qaziantep” klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. Super Liqa təmsilçisinin 9 üzvündə koronavirus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Virusa yoluxanların yeddisi futbolçu, biri məşqçi, biri isə klub işçisidir. Həmin şəxslər karantinə alınıb.
 
“Qaziantep” yanvarın 14-də Türkiyə Super Liqasının 21-ci turunda “Beşiktaş”ın qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti