Pep Qvardiola ən yaxşı baş məşqçi seçildi

17:39 14 Yanvar 2022

İngiltərə Premyer Liqasında ötən ilin dekabr ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, 2021-ci ilin son ayının ən yaxşısı "Mançester Siti"ni çalışdıran Pep Qvardiola seçilib. İspaniyalı mütəxəssis azarkeşlər arasında keçirilən səsvermədə Mikel Arteta ("Arsenal"), Antonia Konte ("Tottenhem") və Yurgen Kloppu ("Liverpul") qabaqlayıb.

 

Qeyd edək ki, Pep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" dekabr ayında 7 Premyer Liqa matçının hamısında qələbə qazanıb. 


Xəbər xətti