"Everton"un baş məşqçisi Rafael Benites istefaya göndərildi

20:47 16 Yanvar 2022

"Everton" baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi 61 yaşlı mütəxəssisi istefaya göndərdiyini bildirib. 

Qeyd edək ki, "Everton" 9 matçdan sonra 15-ci yerdədir .Komanda son 13 oyunda 1 qələbə qazanıb, 9 dəfə məğlub olub.


Xəbər xətti