"Xan Lənkəran" Tovuz klubuna uduzdu

21:59 16 Yanvar 2022

Birinci divizionda 2-ci dövrənin hazırlığını davam etdirən “Turan Tovuz” bu gün ilk yoxlama oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, Tovuz təmsilçisi Region Liqasında mübarizə aparan “Xan Lənkəran”la qarşılaşıb.

Oyun Divizion təmsilçisinin qələbəsiylə başa çatıb – 1:0. “Turan Tovuz”un yeganə qolunu İzzət Müştaqov vurub. 


Digər xəbərlər

Xəbər xətti